...

Beynəlxalq Bankdan 30 milyon manatı mənimsəməkdə təqsirləndirilən Mehman Mehdiyevin həbs müddəti uzadılıb

Cəmiyyət Materials 2 Mart 2016 10:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Beynəlxalq Bankından 30 milyon krediti götürərək mənimsəməkdə təqsirləndirilərək həbs edilən, Mingəçevir "İzolit" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyevin həbs müddəti artırılıb.

Trend-in məlumatına görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə M.Mehdiyevin barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti