...

Azərbaycan gimnastı: "Dünya Kubokunda azarkeşlərin dəstəyinə ümid edirik" (FOTO)

Cəmiyyət Materials 2 Mart 2016 21:28 (UTC +04:00)
"Azərbaycan idmançıları martın 5-6-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda azarkeşlərin dəstəyinə səmimi olaraq ümid edirlər".
Azərbaycan gimnastı: "Dünya Kubokunda azarkeşlərin dəstəyinə ümid edirik" (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan idmançıları martın 5-6-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda azarkeşlərin dəstəyinə səmimi olaraq ümid edirlər". Bunu Trend-ə Azərbaycan gimnastı Svetlana Makştarova deyib.

Batutçu yarışda medallar uğrunda mübarizə aparmaq niyyətindədir: "İndi biz cidd-cəhdlə məşq edirik. Tora öyrəşmək üçün yarışadək iki-üç dəfə də böyük məşq edəcəyik. Bu gün səhər arenada yarış batutları quraşdırılıb, indi onlarda da məşq edəcəyik. Əlbəttə, finala çıxmağı və medal qazanmağı çox istərdim, lakin bunun üçün məşq etmək lazımdır".

O, Dünya Kubokuna çox güclü idmançıların gələcəyini bildirib: "Onların sırasında üçqat Olimpiya iştirakçısı, dördüncü olimpiadaya hazırlaşan belaruslu Tatyana Petrenyanın adını çəkmək olar. Bundan başqa, Özbəkistandan Olimpiyanın bürünc mükafatçısı Yekaterina Xilko da gələcək. Çox çətin olacaq, amma mübarizə aparmaq mümkündür".

S.Makştarovanın sözlərinə görə, bütün Azərbaycan idmançıları azarkeşlərin dəstəyinə arxalanır və ümid edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti