Bakı. Elçin Mehdiyev - Trend:
Bakı Apelyasiya Məhkəməsinə yeni hakim təyin edilib.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsi dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.
Müzakirələrdən sonra M.Hüseynov Bakı Apelyasiya Məhkəməsinə hakim təyin edilib.