...

Kanadanın sabiq Baş naziri: Bakı forumu qlobal problemləri müzakirə etməyə imkan verəcək

Cəmiyyət Materials 8 Mart 2016 11:55 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

IV Qlobal Bakı Forumu keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə imkan verəcək. Trend-in məlumatına görə, bunu Forum ərəfəsində Bakıda keçirilən International Counil Action kanada təşkilatının 33-cü plenar sessiyası zamanı Kanadanın sabiq Baş naziri Jan Kretyen deyib.

Onun sözlərinə görə, forum, həmçinin iştirakçılara Azərbaycanı daha yaxından tanımağa, zəngin tarixi və mədəniyyəti ilə tanış olmağa imkan verəcək.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa iştirakçıları keçiriləcək forum münasibətilə təbrik edib.

Xatırladaq ki, tədbirdə 300-ə yaxın nümayəndə, o cümlədən Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət rəhbərləri, siyasi xadimləri iştirak edəcək.

IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti