...

Həbsdə olan şairin məhkəməsi təxirə salındı

Cəmiyyət Materials 11 Mart 2016 11:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan şair-yazıçı Saday Şəkərova (Şəkərli) qarşı açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi təxirə salınıb
Həbsdə olan şairin məhkəməsi təxirə salındı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan şair-yazıçı Saday Şəkərova (Şəkərli) qarşı açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, məhkəmə tərəfindən Saday Şəkərliyə göndərilən bildirişlər alınmadığı üçün məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Məhkəmə prosesi martın 28-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan onun barəsində faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti