...

UNEC-də əlilliyi olan şəxslərin ali təhsili ilə əlaqədar seminar-təlim keçirilib

Cəmiyyət Materials 17 Mart 2016 14:44 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əlilliyi olan şəxslərin ali təhsili ilə əlaqədar seminar – təlim keçirilib.
UNEC-də əlilliyi olan şəxslərin ali təhsili ilə əlaqədar seminar-təlim keçirilib

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əlilliyi olan şəxslərin ali təhsili ilə əlaqədar seminar - təlim keçirilib.

Martın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması" TEMPUS (ESFIDIP) adlı layihəsi çərçivəsində UNEC-də yaradılan "Əlilliyi olan Tələbələr üçün Mərkəzdə" həyata keçirilməsi nəzərdə tutulan pilot proqlamlarda iştirak edəcək UNEC-in əlilliyi olan tələbələrinin tədris prosesində iştirak edən professor-müəllim heyəti üçün, həmçinin inzibati işçilərin iştiraki ilə təlim-seminar keçirilib.

UNEC rektoru, professor Ədalər Muradovla görüşdə Əlillər Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və vitse-prezidenti Bəybala İbadullayev əlilliyi olan tələbələrin ali təhsilə inteqrasiyasının vacib olması və UNEC tərəfindən bu istiqamətdə zəruri olan bütün tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Bu sahədə maarifləndirmə işlərinin aparılması, tələbələrin təhsillərini başa vurduqdan sonra karyera perspektivlərinin inkişaf etdirilməsi müzakirə olunub. Ə.Muradov UNEC-də digər ali təhsil müəssisələri nümayəndələri üçün də analoji təlimlərin təşkil edilməsini təklif edib.

Bildirib ki, UNEC bu istiqamətdə regionlarda da təlimlər apara bilər.
Seminar - təlimdə universitetin Beynəlxalq əlaqələr departamentin rəhbəri Anar Kazımov ümumi məlumat verdikdən sonra Beynəlxalq əlaqələr departamenti, ESFİDİP UNEC layihəsinin koordinatoru Gülşən Vəliyeva layihə haqqında, Əlilliyi olan tələbələr üçün mərkəzin koordinatoru Sevinc Sakmanli mərkəzin fəaliyyət planının təqdimatlarını ediblər.

Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli və təşkilatın ekspert Bəybala İbadullayev tərəfindən əlilliyin dərki ümumi məlumat, yanaşmalar, etik qaydalar, qanunvericilik, inkluziv təhsil, universal dizayn haqqında təqdimat olunub.

Tədbirdə əsasən layihə çərçivəsində görülən işlərdən, eləcə də UNEC-də təhsil alan əlilliyi olan tələbələrə universitetin təhsil və xidmətlərindən bərabər hüquqlu istifadə etmələri üçün xidmət və dəstəkdən, onlara göstərilən xidmətlərin yaxşılaşdırılması üçün bütün strukturları ilə, eləcə də professor-müəllim heyəti, tələbələrlə əməkdaşlıq çərçivəsində universitetdə inkluziv təhsil mühitinin yaradılması müzakirə olunub, suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti