...

"Təmiz Şəhər" ADA universitetinin tələbələrini mükafatlandırdı (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 09:54 (UTC +04:00)
“Təmiz Şəhər” ASC-nin ADA Universitetinin Xəzər – Enerji və Ətraf Mühit Mərkəzi ilə birlikdə bu universitetin tələbələri arasında keçirdiyi inşa müsabiqəsinin nəticələri məlum oldu.
"Təmiz Şəhər" ADA universitetinin tələbələrini mükafatlandırdı (FOTO)

Bakı. Trend:

"Təmiz Şəhər" ASC-nin ADA Universitetinin Xəzər-Enerji və Ətraf Mühit Mərkəzi ilə birlikdə bu universitetin tələbələri arasında keçirdiyi inşa müsabiqəsinin nəticələri məlum oldu. Martın 17-də universitetdə keçirilən tədbirdə ən yaxşı 3 essenin müəllifi mükafatlandırılıb.

Bu barədə Trend-ə "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

"Green Soulitions" ("Yaşıl Həllər") adlı müsabiqəyə qatılmaq üçün tələbələr "Yaşıl düşüncə nədir?", "XXI əsrin ekologiyasına kömək", "Ətraf mühitin sağlamlığı kimdən asılıdır?", "Özündən başla - yaşıla keç", "Tullantıların çeşidlənməsi, evdən başla" və ya "Ekologiya və biz. Kömək vaxtı" mövzularından hər hansı birində esse yazmalı idilər. Bu yazılar 2015-ci il dekabrın 1-dən fevralın 20-dək qəbul olunurdu.

Son təhvil tarixindən sonra "Təmiz Şəhər"in və Xəzər-Enerji və Ətraf Mühit Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti esseləri oxuyub və qiymətləndirib. Ən yaxşı 3 inşanın müəlliflərinə pul mükafatları verilib.

Mükafatlandırma tədbirində çıxış edən "Təmiz Şəhər" ASC-nin idarə heyəti sədrinin müşaviri Oqtay Məmmədov bildirib ki, səhmdar cəmiyyət bu müsabiqə ilə tələbələrdə ətraf mühitin qorunması, tullantıların idarə olunması məsələlərində diqqət yaratmağa çalışıb: "Bu, tələbələr üçün bir stimul oldu, esse yazarkən araşdırmalar edib və sahəni daha dərindən öyrəniblər".

"Təmiz Şəhər" bir çox təhsil müəssisələri ilə gənclərin tullantıların idarə olunmasında bilgilərinin və iştirak səviyyələrinin artırılması istiqamətində əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti