...

Fuad Muradov Milli Məclisdə qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 29 Mart 2016 16:30 (UTC +04:00)
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə komitəyə müraciət etmiş seçicilərlə görüşüb.
Fuad Muradov Milli Məclisdə qəbul keçirib (FOTO)

Bakı. Trend:

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə komitəyə müraciət etmiş seçicilərlə görüşüb.

Müraciət edən şəxsləri ayrı-ayrılıqda qəbul edən komitə sədri onların problemlərini dinləyib. F.Muradova ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, idman sahəsi üstünlük təşkil edib.

Problemləri və təklifləri dinləyən komitə sədri bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Bütün müraciətlərin nəzarətdə saxlanılacağı və həllinə köməklik göstəriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti