...

QHT-lərə yeni proqramla bağlı məlumatlandırma təlimi (FOTO)

Cəmiyyət Materials 30 Mart 2016 18:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma” mövzusunda təlimlər təşkil edib.
QHT-lərə yeni proqramla bağlı məlumatlandırma təlimi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma" mövzusunda təlimlər təşkil edib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsidir.

Təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib.

Təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti