...

Neftçilər prospektinin bir hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək

Cəmiyyət Materials 15 Aprel 2016 17:04 (UTC +04:00)
Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Neftçilər prospektinin bir hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək

Bakı. Trend:

Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Bu səbəbdən Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-sı, saat 06:00-dan etibarən nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət bazar ertəsi, aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti