...

Şagirdlər hərbi məktəbə ekskursiya ediblər (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2016 20:14 (UTC +04:00)

Bakı. Trend:

Bakının 72 nömrəli tam orta məktəbinin IX və X sinif şagirdlərinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şagirdlər "İbtidai hərbi hazırlıq" fənni üzrə dərslərdə aldıqları biliklərin təkmilləşdirilməsi məqsədilə hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olublar.

Burada şagirdlərə Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti