Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vahid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vahid Quliyev barəsində seçilən heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il Quba rayon ərazində baş verib. Rayon sakini V.Quliyevin idarə etdiyi "Hovo" və Tərtər rayon sakini Fariz Həsənovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.
F.Həsənov və sərnişini, Neftçala rayon sakini Nəsib Məmmədov hadisə yerində ölüblər. V.Quliyevə Cinayət Məcəlləsinin 263( ölünlə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi ilə ittiham verilib.
İstintaq dövründə V.Quliyev barəsində həbs qətimkan tədbiri seçilmiyib.