...

Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsi Dövlət Miqrasiya Xidmətində anılıb (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2016 17:53 (UTC +04:00)
Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin (DMX) bir qrup əməkdaşı Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsi Dövlət Miqrasiya Xidmətində anılıb (FOTO)

Bakı. Trend:

Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin (DMX) bir qrup əməkdaşı Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.

Sonra DMX-də təşkil edilmiş tədbirdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrsiya xidməti müşaviri Pərviz Musayev bildirib ki, Zərifə xanım Əliyeva təkcə alim-oftalmoloq kimi yox, həmçinin böyük ictimai və tibb xadimi kimi tanınıb. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi ona görə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayır.

Akdemik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə yaddaşlara əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığı, elmin çox məsuliyyətli, çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyi, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyi qeyd olunub.

Daha sonra çıxış edən millət vəkili Məlahət İbrahimqızı oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi konkret töhfələrdən danışıb. Bildirib ki, akademik Zərifə xanım Əliyevan oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli elmi-tədqiqatların müəllifi olub, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, xüsusilə, ölkəmizdə traxoma infeksion xəstəliyinin kökünün kəsilməsinə böyük əmək sərf edib. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin tərəqqisində müstəsna xidmətləri olan Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun əlləri ilə minlərlə xəstə şəfa tapıb.

M.İbrahimqızı deyib ki, Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da xüsusi əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.

Tədbirdə ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyi vurğulanıb.
Sonda iştirakçılar kinorejissor Vaqif Mustafayevin "Əsl məhəbbət haqqında" filminə baxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti