...

May ayının 1-dən texniki baxışdan keçməyən MDB istehsalı olan avtomobillər cərimələnəcək

Cəmiyyət Materials 29 Aprel 2016 14:10 (UTC +04:00)
May ayının 1-dən etibarən texniki baxışdan keçməyən MDB istehsalı olan avtomobillər cərimələnəcək.
May ayının 1-dən texniki baxışdan keçməyən MDB istehsalı olan avtomobillər cərimələnəcək

Bakı. Samir Əli - Trend:

May ayının 1-dən etibarən texniki baxışdan keçməyən MDB istehsalı olan avtomobillər cərimələnəcək.

Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, qanunvericiliyə uyğun olaraq MDB istehsalı olan avtomobillərin texniki baxış müddəti aprel ayının sonuna qədərdir: "Qərara uyğun olaraq, avtomobillərin texniki baxışdan keçmə müddəti var. MDB istehsalı olan bütün avtomobillərin may ayının 1-dək texniki baxışdan keçməsi təsdiq edilmiş qrafik üzrə aparılır. May ayının 1-dən sonra isə digər ölkələrin istehsalı olan avtomobillərin texniki baxışı başlayır. 2007, 2009 və 2011-ci il buraxılışlı avtomobillər daxil olmaqla MDB istehsalı olan avtomobillərin texniki baxışdan keçirilməsi üçün avtomobillər diaqnostika mərkəzlərinə təqdim edilməlidir. Bu tələblər pozulacağı təqdirdə sürücü 50, 100 və 300 manat məbləğində cərimə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti