...

"Azərbaycanda multikulturalizm gənclərin gözü ilə" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2016 19:54 (UTC +04:00)
Biləsuvarda “Azərbaycanda multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.
"Azərbaycanda multikulturalizm gənclərin gözü ilə" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 3-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda multikulturalizm gənclərin gözü ilə" mövzusunda konfrans keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, DQİDK-nın şöbə müdiri Amil Cavadov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfransda 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi və xalqımızın multikutural dəyərlərinin dünyaya nümunə olması diqqətə çatdırılıb. Bildirilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın da üzərinə şərəfli vəzifə qoyur.

Bildirilib ki, ölkəmizdə aparılan hüquqi-demokratik islahatlar, vətəndaş cəmiyyəti quruculuğu həyatımızın bütün sahələrini əhatə edir, insanların hüquq və azadlıqlarının, milli mənəvi dəyərlərinin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə əqidə azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlət ilə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.

Çıxışlarda qeyd olunub ki, müasir qlobal dünyada bir çox ziddiyyətlər guya din amili ilə əlaqələndirilir. Bəzi dini təşkilatlar dünyanın ayrı-ayrı dini-ideoloji cərəyanlarının təsiri altında olduğunu iddia edirlər. Konfransda nəzərə çatdırılıb ki, respublikamızda milli, ideoloji, informasiya təhlükəsizliyi məsələlərinə ciddi yanaşılır. Tədbirdə o da vurğulanıb ki, hər bir dövlətin əsas funksiyası cəmiyyətdə baş verə biləcək ziddiyyətləri əvvəlcədən görmək və onların qarşısını almaqdır.

Sonda xalqımızın multikulturalizm dəyərlərindən bəhs edən filmə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti