...

AHİK-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 4 May 2016 18:29
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AHİK-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib.

O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqlarının istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasında fəaliyyət formalarından biri də 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş aksiyalarda iştirak etməsidir.

S.Mehbalıyev bildirib ki, müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinin əsas məqsədi işçilərin sağlamlığının, rifah halının və əmək məhsuldarlığının həm bütün kollektiv miqyasında, həm də fərdi olaraq hər bir işçi üçün təmin edilməsindən ibarətdir.

AHİK sədri deyib ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib: "2009-cu ildən başlayaraq hər il "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" adı uğrunda müsabiqə keçirilir".

Mərasimin sonunda müsabiqəsinin qalibi olmuş 42 müəssisə və təşkilata mükafatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti