Bakı. Trend:
Gənclər üçün Təhsil Mərkəzinin üzvləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Hava və Ekstermal İdman Növləri Federasiyası tərəfindən təşkil edilən Heydər Əliyev zirvəsinə yürüşdə iştirak ediblər.
Bu barədə Trend-ə Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.
Mərkəzin Gəncə Regional Ofisinin fəalı Orxan Əmirxanovun rəhbərlik etdiyi qrup üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən zirvəni fəth ediblər.
Ümummilli liderə gənclərin böyük ehtiramının əlaməti olaraq Heydər Əliyev zirvəsində Azərbaycan Respublikasının bayrağı ilə yanaşı Gənclər üçün Təhsil Mərkəzinin də bayrağı da dalğalandırılıb.