...

Nardaranda daha bir küçə yenidən qurulur (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 May 2016 15:33 (UTC +04:00)
Nardaran qəsəbəsində Nəsrulla Əsgərov küçəsinin yenidən qurulmasına işlərinə başlanılıb.
Nardaranda daha bir küçə yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində Nəsrulla Əsgərov küçəsinin yenidən qurulmasına işlərinə başlanılıb.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi, yeni yeraltı kommunikasiya xətlərinin çəkilişi, bundan başqa, küçə boyu maneələrin sökülməsi, paralel olaraq yeni hasarların tikilməsi işləri də aparılır. Söküntüsü aparılan tikililərin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə kompensasiyalar ödənilir.

Qeyd edək ki, qəsəbənin mərkəzindən Nardaran pirinə gedən Nəsrulla Əsgərov küçəsinin yenidən qurulan hissəsinin uzunluğu 850 metr, mövcud eni isə 6 metrdir. Layihə çərçivəsində küçə genişləndirilərək 16 metrə çatdırılacaq.

Küçə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq, burada hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikiləcək, səkilərin kənarlarına 1500 paqon-metr səki daşı düzüləcək, küçənin 13 500 kv.m sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti