...

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirləri (FOTO)

Cəmiyyət Materials 17 May 2016 16:17 (UTC +04:00)
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adını açıqlayıb.
Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirləri (FOTO)

Bakı. Trend:

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adını açıqlayıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Bu şəhərdə" teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər.

Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FIDE konqresinin növbəti iclası olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti