Bakı. Elçin Mehdiyev - Trend:
Nardaranda sabit vəziyyət var. Bu gün Nardaranda aparlan abadlıq-quruculuq işləri qəsəbənin əhalisi tərəfindən birmənalı şəkildə dəstəklənir. Eyni zamanda, Nardaranda dini baxımdan da bəzi tədbirlər həyata keçirilməkdədir.
Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Nardaranda Cümə məscidinin, dini icmanın formalaşması istiqamətində iş başa çatmaq üzrədir: "Artıq onların sənədləri bizə təqdim olunub. Biz onları qeydiyyata alacağıq. Digər məhəllə məscidlərində isə Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı ilə məscidlərin idarəçiliyi ilə bağlı nümayəndələr müəyyənləşdirilməkdədir. Bəziləri hətta müəyyənləşdirilib. Eyni zamanda, Nardaranda mədrəsə tikilir və istifadəyə veriləcək. Nardaranda hər şey dövlətin və xalqın maraqlı çərçivəsində davam edir".