...

Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyətinin AHİK-də görüşü olub (FOTO)

Cəmiyyət Materials 20 May 2016 11:04 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəvətilə ölkəmizdə səfərdə olan Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti AHİK-də qəbul edilib.
Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyətinin AHİK-də görüşü olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəvətilə ölkəmizdə səfərdə olan Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti AHİK-də qəbul edilib.

AHİK-dən Trend-ə verilən məlumata görə, Konfederasiyanın sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq onlara Azərbaycan Həmkarlar İttifaqlarının işi, fəaliyyəti barədə məlumat verib.

AHİK sədri sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ümumyunan Əmək Konfederasiyası arasında münasibətlərin son dövrlərdə daha da inkişaf etdiyini xüsusi vurğulayıb.

2014-cü ilin noyabr ayında Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyətinin Yunanıstana işgüzar səfərini xatırladan S.Mehbalıyev ölkənin müxtəlif həmkarlar ittifaqı mərkəzlərində keçirdikləri görüşlərdən söhbət açaraq həmin görüşlərin hər iki ölkənin həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını nəzərə çatdırıb. O, Yunanıstan nümayəndə heyətinin ölkəmizə indiki səfərinin işgüzar əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.

Yunanıstan nümayəndə heyətinin rəhbəri, Ümumyunan Əmək Konfederasiyasının prezidenti Yanis Panaqopolus Azərbaycanda səmimi qarşılandıqlarına görə nümayəndə heyəti adından minnətdarlığını bildirrib, bir sıra dövlət idarələrində və ictimai təşkilatlarda səmərəli və işgüzar görüşlər keçirdiklərini, Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti ilə yaxından tanış olduqlarını, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkənin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayacağını xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti