...

Azərbaycan yük təyyarəsinin həlak olmuş heyət üzvlərinin meyitləri və "qara qutu"lar Bakıya gətirilib

Cəmiyyət Materials 20 May 2016 15:33 (UTC +04:00)
Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün meyitləri bu gün Bakıya gətirilib və bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.
Azərbaycan yük təyyarəsinin həlak olmuş heyət üzvlərinin meyitləri və "qara qutu"lar Bakıya gətirilib

Bakı. Trend:

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan "Silk Way" aviaşirkətinin "An-12" yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün meyitləri bu gün Bakıya gətirilib və bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Bundan əlavə, qəzaya uğrayan "An-12" təyyarəsinin "qara qutu"ları Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. "Qara qutu"ların oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti