...

Atçılığın konkur növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək

Cəmiyyət Materials 24 May 2016 13:30 (UTC +04:00)
25-26 may tarixinlərində Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"nin açıq meydanında və 27 mayda "Elite Horse & Polo Club" atçılıq klubunun ot meydanında, atçılıq idmanının konkur növü üzrə CSI 2*-W kateqoriyalı – Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq beynəlxalq turnir keçiriləcək.
Atçılığın konkur növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək

Bakı. Trend:

25-26 may tarixinlərində Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"nin açıq meydanında və 27 mayda "Elite Horse & Polo Club" atçılıq klubunun ot meydanında, atçılıq idmanının konkur növü üzrə CSI 2*-W kateqoriyalı - Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın ümumi mükafat fondu 60 000 AZN dir. Qeyd edək ki, bu növ atçılıq yarışları Azərbaycanın paytaxtında 2009-cu ildən etibarən təşkil olunur.

Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrdən olan idmançılar iştirak edəcəklər. Hakimlər briqadasının tərkibinə Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyadan olan hakimlər daxil olacaq.

Turnirin proqramı:

25 May
15:40 - 16:00 Turnirin açılışı ( yarış istirakçilarının paradı )
16:00 - Medium tur Yarış 1
17:00 - 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi)
17:30 - Big tur Yarış 2
18:30 - 18:45 Təltifetmə mərasimi
18:45 - 19:00 Lotereya (Elit Klubuna 1 heftelik üzvlük)

26 May
16:00 - Medium tur Final Yarış 3
17:00 - 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi).
17:30 - Big tur Yarış 4
18:30 - 18:45 Təltifetmə mərasimi
18:45 - 19:00 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük)

27 May
16:00 - 17:00 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi).
17:00 - Big tur Qran Pri
18:00 - 18:15 Təltifetmə mərasimi
18:15 - 18:30 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük)
18:30 -19:00 Turnirin bağlanışı ( şou-proqram )

Tədbirin əsas tərəfdaşları və sponsorları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atçılıq Federasiyası, Beynəlxalq Atçılıq İdman Federasiyası və "İdman-Azərbaycan" telekanalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti