...

Azərbaycanda uşaqlara belə adlar da qoyurlar: Gilas, Noğul, Xurma, Atdıxan, Adzad, Adbala, Ümküs...

Cəmiyyət Materials 31 May 2016 08:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda uşaqlara maraqlı adların qoyulması hallarına yenə də rast gəlinir.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalara görə, son 5 ildə Azərbaycanda 39 nəfərə Həkimə, 11 nəfərə Gilas, 1 nəfərə Gilanar, 53 nəfərə Hədiyyə, 1 nəfərə Ömürsürə, 1 nəfərə Ötgəm, 2 nəfərə Ölməz, 9 nəfərə Ata, 4 nəfərə Atanur, 1 nəfərə Atalar, 1 nəfərə Atahüseyn, 1 nəfərə Atdıxan, 1 nəfərə Adsız, 1 nəfərə Adalara, 1 nəfərə Adgün, 1 nəfərə Adbala, 1 nəfərə Adzad, 2 nəfərə Ümküs kimi adlar qoyulub.

Bununla yanaşı, son 5 ildə 38 nəfərə Sevanə, 3 nəfərə Sevay, 2 nəfərə Canı, 1 nəfərə Canım, 4 nəfərə Noğul, 1 nəfərə Seval, 1 nəfərə Seva, 9 nəfərə Xurma, 2 nəfərə Xurmayə, 1 nəfərə Quləli, 1 nəfərə İlkim, 1 nəfərə İliz, 1 nəfərə İlian, 1 nəfərə İlyada, 1 nəfərə İlayda Nuray, 1 nəfərə Evşən, 1 nəfərə Eskinaz, 1 nəfərə Əsər, 1 nəfərə Özgə, 1 nəfərə Özəl, 1 nəfərə Özbək, 6 nəfərə Kimya, 6 nəfərə Kainat, 10 nəfərə Quba, 6 nəfərə Qubaxanım, 7 nəfərə Duman, 4 nəfərə Dostu kimi adlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti