...

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu təqdim olunub (FOTO)

Cəmiyyət Materials 24 May 2016 16:37 (UTC +04:00)
Bu gün Bakıda Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu ictimaiyyətə təqdim olunub.
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu təqdim olunub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu ictimaiyyətə təqdim olunub.

Trend-in məlumatına görə, 2016-cı ilin mart ayında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən elan olunan Milli Yaradıcılıq Müsabiqəsinə 600-dən çox müxtəlif rəsm daxil olub.

Müsabiqə başa çatandan sonra Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi bütün rəsmləri müzakirə edərək Musa Gənciyevin müəllifi olduğu maskotu qalib elan edib.

Ümumdünya Şahmat Olimpiadasının maskotu "Şah Oğlan" (CHESS MATE) adlandırılıb.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FIDE Konqresinin növbəti iclası təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti