...

Respublika Gününə həsr edilmiş "Что, Где, Когда" oyunu keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2016 11:51 (UTC +04:00)
Mayın 26-da “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib.
Respublika Gününə həsr edilmiş "Что, Где, Когда" oyunu keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 26-da "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika Gününə həsr edilmiş "Что, Где, Когда" oyunu keçirilib.

"AtaHolding"dən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

İntellektual yarışda "AtaHolding", "AtaBank", "AtaSığorta", "Excelsior Hotel Baku", "AtaTexnologiya", "VTB Bank Azərbaycan" komandaları iştirak ediblər.

Oyun "AtaBank", "AtaSığorta" "Excelsior Hotel Baku"-nun dəstəyi ilə, "AtaHolding" və Game TV -nin təşkilatçılığı ilə keçirilib. Hər birində 6 iştirakçı olan komandalar müxtəlif mövzularda sualları cavablandırmağa çalışıb.

Birinci yeri "VTB Bank Azərbaycan", ikinci yeri "AtaTexnologiya", üçüncü yeri isə "AtaBank" komandaları tutublar.

Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova tərbirlə bağlı bildirdi ki, 28 May Respublika günü hər il "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ənəvi turnir keçirməklə qeyd olunur.

Birinci yeri qazanmış "VTB Bank Azərbaycan" -nın əməkdaşı Elmar İbrahimov oyun barədə təssüratlarını bölüşərək 4 ildir ki, oyunda iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, bu onların sayca ikinci qalibiyyətləridir: "Ümumiyyətlə, biz tez-tez bu cür oyunlarda iştirak edirik. Çətin suallar var idi, amma öhdəsindən gələ bildik. Rəqib komandalar da heç də zəif deyildi, "AtaTexnologiya" bir xal fərqi ilə uduzdu".

"AtaTexnologiya" komandasının kapitanı Cahangir Qənizadə isə deyib ki, bizim komanda əzmkarlıqla ikinci yeri qazanıb, qızğın mübarizə gedirdi: "Rəqib həqiqətən güclü idi. Bu il ikinci yerlə kifayətlənəcəyik, amma növbəti ildə birinci yeri əldə etmək üçün çalışacayıq. "AtaTexnologiya" nın əməkdaşları hər il bu oyunda iştirak edir".

Üçüncü yeri qazanmış "AtaBank" komandasının kapitanı Fərid Paşayev oyunda ilk dəfə iştirak etdiyini və yüksək səviyyəli təşkil edildiyini bildirib.

F.Paşayev qeyd edib ki, növbəti ildə "AtaBank" komandasının birinci yeri qazanmasını ümid edir. "Game TV" nin əməkdaşı Vüqar Dadaşov oyunun böyük ruh yüksəkliyi ilə keçdiyini vurğulayıb.

O, "Game TV" nin fəaliyyəti barədə danışıb: " Biz intellektual oyunlar və "Nə, harda, Nə zaman", "Breyn-rinq", "61", "Əlaçı" televizya layihələri təşkil edirik. "AtaHolding"lə daima bu cür oyunlar keçirtmişik və hər zaman yüksək səviyyədə keçib. Son anadək qızğın mübarizə getdi".

Qeyd edək ki, sonda qalib komandalara sertifikatlar, "AtaBank" ASC və "AtaSığorta" ASC-dən hədiyyələr təqdim edilib. Musiqi fasiləsində "Excelsior Hotel Baku" otelinin HR meneceri Kamran Rzayev "My Way" mahnısını və müğənni Rəşad İsmayıl "Azərbaycan" mahnılar ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti