...

Komitə sədri: Azərbaycanda güclü uşaq hüquqları müdafiə sistemi yaradılıb

Cəmiyyət Materials 1 İyun 2016 12:08 (UTC +04:00)
Azərbaycanda bütün dövlət qurumları bir-biri ilə həmrəy olması nəticəsində çox güclü uşaq hüquqları müdafiə sistemi yaradılıb, amma yenə də görülməli işlər çoxdur.
Komitə sədri: Azərbaycanda güclü uşaq hüquqları müdafiə sistemi yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bütün dövlət qurumları bir-biri ilə həmrəy olması nəticəsində çox güclü uşaq hüquqları müdafiə sistemi yaradılıb, amma yenə də görülməli işlər çoxdur.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Bu gün bütün dünyada Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününün qeyd edildiyini deyən H.Hüseynovanın sözlərinə görə, dünyada uşaq hüquqlarının müdafiəsi sahəsində böyük uğurlar əldə edilsə də, bir çox ölkələrdə hələ də bu məsələ ilə bağlı problem qalmaqdadır.

Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların təhsildən yayınması, erkən nikaha cəlb olunması, zorakılıq hallarının sayının daha da azaldılmasına, Ailə Dəstək Mərkəzlərinin işinin daha da gücləndirilməsinə nail olmaq nəzərdə tutulur: "İctimaiyyətin mövqeyi daha da gücləndirilməlidir ki, problemlərə insanların biganəliyi olmasın. Uşağın böyüdüyü əsas mühit ailədir, ona görə də biz çalışmalıyıq ki, ailə ənənələrinin güclənməsi daha da sürətlə getsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti