...

Təhsil Nazirliyindən "Son zəng"lə bağlı açıqlama

Cəmiyyət Materials 9 İyun 2016 13:01 (UTC +04:00)
2016-cı ildə ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.
Təhsil Nazirliyindən "Son zəng"lə bağlı açıqlama

Bakı. İlhamə İsabalayeva - Trend:

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil ediləcək.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Təhsil Nazirliyi "Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" adı altında petisiyaya münasibət bildirib

Təhsil Nazirliyi "Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" adı altında petisiyaya münasibət bildirib

2016-cı ildə ümumi təhsil məktəblərində "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti