...

Bakıda güclü külək, rayonlarda leysan, dolu

Cəmiyyət Materials 10 İyun 2016 12:49 (UTC +04:00)
Sabah ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir.
Bakıda güclü külək, rayonlarda leysan, dolu

Trend-i buradan izləyin

Bakı. Trend:

Sabah ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

İyunun 11-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 11-16, yüksək dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

İyunun 12-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti