...

AMEA İtaliyanın Milli Tədqiqat Şurası ilə birgə tədqiqat işləri aparacaq

Cəmiyyət Materials 17 İyun 2016 11:32
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İtaliyada elmi ezamiyyətdədir.
AMEA İtaliyanın Milli Tədqiqat Şurası ilə birgə tədqiqat işləri aparacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İtaliyada elmi ezamiyyətdədir.

Akademiyadan Trend-ə verilən məlumata görə, iyunun 17-dən 26-dək davam edəcək səfərin məqsədi İtaliyanın Milli Tədqiqat Şurası (MTŞ) ilə AMEA arasında elmi əməkdaşlıq üzrə müqavilənin yenilənməsidir.

Müqavilədə hər iki qurum arasında birgə tədqiqat layihələrinin və seminarların keçirilməsi nəzərdə tutulur.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun daxil olduqları nümayəndə heyəti əvvəlcə Milan Bikokka Universitetində görüşlər keçirəcək, daha sonra MTŞ-nin Roma ofisində müqavilə imzalama mərasimində iştirak edəcək. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin qurumlar arasında əməkdaşlığın perspektiv istiqamətlərdə inkişaf etdirilməsi barədə məruzəsi və son beş ildə birgə aparılan tədqiqatların hesabatı dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti