...

Şotlandiyalı qonaq: "Bakı yarışması "Formula 1" taixində xüsusən yadda qalacaq"

Cəmiyyət Materials 18 İyun 2016 13:51 (UTC +04:00)
“Bakının bu qədər gözəl olduğunu gözləmirdim. İnanıram ki, "Formula 1" yarışması Bakının bu gözəlliyini dünyaya nümayiş etdirəcək".
Şotlandiyalı qonaq: "Bakı yarışması "Formula 1" taixində xüsusən yadda qalacaq"

Bakı. Elçin Mehdiyev – Trend:

“Bakının bu qədər gözəl olduğunu gözləmirdim. İnanıram ki, "Formula 1" yarışması Bakının bu gözəlliyini dünyaya nümayiş etdirəcək".

Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləyən şotlandiyalı qonaq Suzan Koyel deyib.

O bildirib ki, Bakı bu yarışmanı yüksək səviyyədə təşkil edib:

“Bakıya gəlməyimə görə çox şadam. Gözəl şəhəriniz var, həm də milli mətbəx nümunələriniz dadlıdır. Yarış iştirakçılarına da uğurlar arzulayıram. İnanıram ki, Bakı yarışması "Formula 1" taixində xüsusən yadda qalacaq”.

Bakıda Formula 1-in yarış həyəcanı davam edir (FOTO)

Bakıda Formula 1-in yarış həyəcanı davam edir (FOTO)

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti