...

Həftənin ilk iş gününün havası

Cəmiyyət Materials 19 İyun 2016 13:24
Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlanıb.
Həftənin ilk iş gününün havası

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz olacaq. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti