...

Təhsilini başa vurmayan şəxslərə arayış verilməsi qaydasında dəyişiklik edilib

Cəmiyyət Materials 20 İyun 2016 10:05 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edib.
Təhsilini başa vurmayan şəxslərə arayış verilməsi qaydasında dəyişiklik edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hazırda arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

Yeni dəyişikliyə əsasən, arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına onların müraciəti əsasında verilir.

Arayış blankları Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və ya AMEA-da ciddi hesabat sənədi kimi saxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti