...

Ali təhsilin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başa çatıb

Cəmiyyət Materials 20 İyun 2016 16:52 (UTC +04:00)
2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 23:59-da başa çatıb.
Ali təhsilin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başa çatıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 23:59-da başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, 6401 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, yalnız 6336 nəfər ərizəsini təsdiq edib. Onlardan 5734 nəfəri Azərbaycan, 602 nəfəri isə rus bölməsi bakalavrlarıdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrların siyahısı TQDK-ya təqdim olunduqdan sonra ümumi müsabiqə aparılacaq və nəticələr elan olunacaq. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrlar ümumi müsabiqədə iştirak etmək hüququnu itirirlər.
Xatırladırıq ki, müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti