...

Bulvar ərazisində açıq havada rəqs məkanı yenidən fəaliyyətə başlayır

Cəmiyyət Materials 24 İyun 2016 10:17 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı iyunun 25-dən etibarən hər həftəsonu yenidən fəaliyyətə başlayır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Qeyd edək ki, rəqslər 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar bağlı olması səbəbilə bir müddət keçirilməmişdir.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların rəqslərini izləməyə dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti