...

“Parlaq Zəka”da məktəblilərarası ikinci çempionatın qalibləri məlum oldu (FOTO)

Cəmiyyət Materials 25 İyun 2016 14:56
“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionatın qalibləri məlum olub.
“Parlaq Zəka”da məktəblilərarası ikinci çempionatın qalibləri məlum oldu (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan” İntellektual Oyunlar Klubu, Azərbaycan Prezidenti yanında Gənclər Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə “Parlaq Zəka” intellektual çempionat layihəsinin final oyunu keçirilib. Trend-in məlumatına görə, AzGF-un 8-ci qrant müsabiqəsinin qalibi olan layihə ümumilikdə Bakı şəhərinin Yasamal, Nəsimi, Binəqədi, Xətai,Nərimanov,Səbail, Qaradağ və Pirallahı rayon məktəbləri arasında keçirilib.

Finala vəsiqə qazanan Xətai rayonundan Zəkalar liseyi, Pirallahı rayonu 168 saylı məktəb, Nəsimi rayonu 16 saylı məktəb, Binəqədi rayonu 299 saylı məktəb, Yasamal rayonu Zərifə Əliyeva adına Lisey, Qaradağ rayonu 320 nömrəli məktəb Nərimanov rayonu 291 nömrəli Ekologiya liseyi, Səbail rayonu 49 nömrəli məktəblər finala vəsiqə arasında gərgin mübarizə nəticəsində qaliblər müəyyən olunub. Beləki, Yasamal rayonu üzrə Zərifə Əliyeva adına lisey üçüncü yer, Xətai rayonunu təmsil edən Zəkalar liseyi ikinci yerin sahibi olub. “Parlaq Zəka” intellectual oyunu üzrə məktəblilər arası ikinci çempionatın qalibi isə Binəqədi rayonunu təmsil edən 299 saylı məktəb-liseyi olub.

“ParlaqZəka” layihəsinin rəhbəri və aparıcısi Aydın Piriyev layihə barədə fikirlərini bölüşüb: ”Biz bu çempionatların mütəmadi status almağını istəyirik. Və inanırıq ki, yeni tədris ilində məktəblilərlə bir daha görüşəcəyik.”

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentiyanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan layihə ümumilikdə Bakının 8 rayonunu əhatə edən məktəblər arasında keçirilib. Oyun humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edir.

İnformasiya dəstəyi - Trend, Day.Az və Milli.Az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti