...

Cibgir dəstəyə hökm oxundu

Cəmiyyət Materials 29 İyun 2016 17:20 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zülfüqar Qədirov və Rüfət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cibgir dəstəyə hökm oxundu

Bakı. samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zülfüqar Qədirov və Rüfət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Z.Qədirov 6 il, R.Hüseynov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Binəqədi şosesi, döngə 1 ünvanında 192 saylı xətt avtobusunda 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Telman Qasımzadənin cibindən 300 manatını oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin komendant bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – 1976-cı il təvəllüdlü Rüfət Hüseynov və 1980-ci il təvəllüdlü Zülfüqar Qədirov tutulub. Saxlanılan şəxslərin hər ikisi eyni əmələ görə, əvvəllərdə məhkumluq həyatı yaşayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti