...

YAP-ın yeni ərazi ilk partiya təşkilatı təsis edilib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2016 17:43 (UTC +04:00)
İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Səbail rayon, Əhməd Cavad 12 ünvanında yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı iclas keçirilib.
YAP-ın yeni ərazi ilk partiya təşkilatı təsis edilib (FOTO)

Bakı. Trend:

İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Səbail rayon, Əhməd Cavad 12 ünvanında yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı iclas keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İclasda YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, partiya üzvləri iştirak ediblər.

İclas iştirakçılarını salamlayan YAP icra katibinin müavini M.Qurbanlı Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı gündən bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirib. O, məhz bu partiyanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulayıb.

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Ş.Hacıyev müasir Azərbaycanın müstəqillik tarixinin uğurlarının YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. O, YAP-ın ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışdığını söyləyib.

İclasda ilk partiya təşkilatı təsis edilib və yekdilliklə Əhməd Cavad 12 yeni ərazi ilk partiya təşkilatına Səyyad Salahlı sədr seçilib.
S.Salahlı ona göstərilən etimada görə təşəkkürünü bildirərək deyib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

Daha sonra yeni təsis edilən Əhməd Cavad 12 ilk partiya təşkilatının sədr müavini və katibi seçilib.

İclasın sonunda YAP icra katibinin müavini M.Qurbanlı Əhməd Cavad 12 ünvanında təsis edilən yeni ərazi ilk partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti