...

"İstedadlı Əlillər" mətbuat konfransı keçirib (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2016 19:44 (UTC +04:00)
"İstedadlı Əlillər" İctimai Birliyi mətbuat konfransı keçirib
"İstedadlı Əlillər" mətbuat konfransı keçirib (FOTO)

Bakı. Trend:

Abşeron rayon Heydər Əliyev Mərkəzində “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Abşeron RİH-in təşkilatı dəstəyi ilə "Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsinin yekun hesabatını əhatə edən mətbuat konfransı və layihə çərçivəsində nəşr olunan 1-ci qrup Qarabağ Qazisi Elşad İbrahimovun “Yurdum məni Kəlbəcərdə gözləyir” adlı şerlər kitabının təqdimat mərasimini təşkil edib.

Tədbir  cəmi şəhidlərimizin  ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Birliyin sədri Cavad Qasımov layihənin əhəmiyyətindən danışaraq geniş məruzə ilə çıxış edərək bildirib: “Birliyimiz bu layihə çərçivəsində əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə əlaqəli həm fərdi həm də ümumi olaraq bir çox işlər görmüşdür. Belə ki, fərdi olaraq bizə müraciət edən insanlara hüquqi yardım, sosial yardımın təyin olunması, əlilliyin təyin edilməsi, müalicə, istirahətə göndərilmə və s. məsələlərlə əlaqəli dəstək vermişik. Ümumi olaraq əlilliyi olan insanların müasir reabilitasiya avadanlıqları ilə təmin edilməsi mövzularında bir çox təkliflərlə aidiyyəti təşkilatlara müraciətlər və bu mövzuda çıxışlar etmişik. Təhsil məsələləri ilə əlaqəli olaraq birliyimiz birinci növbədə inkulizv təhsilin Beynəlxalq standartlara uyğunlaşdırılmasının tərəfdarıdır və bu istiqamətdə Təhsil Nazirliyi və aidiyyəti qurumlar qarşısında mövcud problemlər və həlli yolları mövzularında çıxışlar etmişik. Eyni zamanda Birliyimiz tərəfindən əlilliyi olan insanlar üçün, şəhid və imkansız ailələlərin üzvləri üçün ofisimizdə “Şəms tərcümə Mərkəzi”nin dəstəyi ilə ödənişsiz olaraq İngilis və Rus dili kursları təşkil etmişik. Bununla bərabər 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabiltasiyası Mərkəzinin üzvlərinə “Layihə Univeristeti”ni təlim etmişik ki, bu da gənc əlillərimizin gələcəkdə işlə təmin olunması baxımından və onların fəaliyyətindən cəmiyyətimizində faydalanması baxımından əhəmiyyətlidir. İncəsənətə əlaqəli birliyimiz əlilliyi olan istedadlı şəxslərin çoxsaylı sərgilərin , konsertlərin təşkil etmişdir və istedadlı yazarların kitabların nəşr etdirmişdir, eyni zamanda  bəzi reabilitasiya mərkəzlərində sorğular və manitorinqlər təşkil edilərək, insanların marifləndirilməsi məqsədi ilə əlilliyin təyin edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qaydalarını əks etdirən broşuralar cap edərək layihə iştrakçılarına paylamışdır”

Sonra şairə-publisist Mətanət Sevdalı layihə çərçivəsində nəşr edilən “Kəlbəcərdə yurdum məni gözləyir” kitabının təqdimatını edib. İştrakçılar kitab haqqında öz fikirlərini bildirərək müəllifə uğurlar diləyiblər.

Kitabın müəllifi Kəlbəcər rayonundan məcburi köçgün, birinci qrup Qarabağ əlili, gənc şair Elşad İbrahimov kitabının işıq üzü görməsində əməyi, əziyyəti olan insanlara  təşəkkürünü bildirib.

Tədbirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi Günay xanım Rəfiyeva, Abşeron RİH nümayəndəsi, Abşeron rayon Yazıçılar Birliyinin sədri Şəhla Ağbulud  və QHT rəhbərləri geniş məzmunda çıxışlar ediblər.

Konfransın sonunda “İstedadlı Əlillər” İB-nin  sədr müavini Qubad Qasımov  birliyin hazırladığı təklifləri və konfransda müzakirə olunan məsələləri ümumiləşdirilərək aidiyatı təşkilatlara göndəriləcəyini və bu məsələlərlə əlaqəli olaraq həmin təşkilatlarla əməkdaşlıq ediləcəyini  və konfransda müzakirə olunan məsələlərin real nəticəsinin həlli edilməsi yönündə işlərin aparılacağını söyləyib.

     Sonra tədbir iştirakçıları çay süfrəsinə dəvət   olunub.

Xəbər lenti

Xəbər lenti