...

Toğrul Əsgərov: "Sevinirəm ki, medalsız qayıtmadım"

Cəmiyyət Materials 24 Avqust 2016 00:59 (UTC +04:00)
Toğrul Əsgərov: "Sevinirəm ki, medalsız qayıtmadım"
Toğrul Əsgərov: "Sevinirəm ki, medalsız qayıtmadım"

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

"Sevinirəm ki, olimpiadadan medalsız qayıtmadım".

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, gümüş medalçı Toğrul Əsgərov deyib.

Güləşçimiz qeyd edib: "Sevinirəm ki, medalsız qayıtmadım. Amma qızıl medal da qazana bilərdim. Təəssüflənirəm, hər şey bir anda baş verdi. Necə oldu, bilmədim. Lakin yenə medalsız qayıtmadığım üçün sevincliyəm. Fikrimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm".

T.Əsgərov final döyüşündən də danışıb: "Final görüşü mənim üçün uğursuz oldu - görüşün əvvəlində zədələndim və bu zədə öz təsirini göstərdi, rusiyalı rəqibimə uduzdum".

O,  London Olimpiadasındakı uğurunu Tokio-2020-də təkrarlamaq üçün var qüvvəsi ilə çalışacağını bildirib. 

Xəbər lenti

Xəbər lenti