...

Tələbə adını qazananlar üçün qeydiyyat müddəti uzadılıb

Cəmiyyət Materials 25 Avqust 2016 15:55 (UTC +04:00)
Ali təhsil müəssisələrinə I mərhələdə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatının müddəti uzadılıb.
Tələbə adını qazananlar üçün qeydiyyat müddəti uzadılıb

Bakı. İlhamə İsabalayeva-Trend:

Ali təhsil müəssisələrinə I mərhələdə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatının müddəti uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 26 avqust saat 17:00-dək uzadılıb.

Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti