...

Xəzər dənizinin Azərbaycana aid bölməsi ilə bağlı qrafik təsvir təsdiq edildi

Cəmiyyət Materials 31 Avqust 2016 09:49 (UTC +04:00)

Bakı. Trend:

Nazirlər Kabineti “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri”ni təsdiq edib.

Trend-in məlumatına görə, qərarda deyilir ki, 2016-cı il 1 aprel vəziyyətinə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri” təsdiq edilsin.

NK-nın müvafiq qərarı ilə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 23 oktyabr tarixli 137 nömrəli qərarı ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti