...

Azad Rəhimov: Şahmat Olimpiadasında yığmamızdan yüksək nəticələr gözləyirik (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 31 Avqust 2016 12:24 (UTC +04:00)
Şahmat üzrə Azərbaycan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında yüksək nəticələr göstərəcək.
Azad Rəhimov: Şahmat Olimpiadasında yığmamızdan yüksək nəticələr gözləyirik (YENİLƏNİB) (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Şahmat üzrə Azərbaycan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında yüksək nəticələr göstərəcək.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında deyib.

O bildirib: "Çox şadıq ki, Olimpiada "Crystal Hall" kimi gözəl məkanda keçiriləcək. Müqayisə etmək istəmirəm, ancaq belə gözəl təşkil edilmiş Şahmat Olimpiadası görməmişəm".

Bakı Şahmat Olimpiadasının əməliyyat direktoru Mahir Məmmədov Azərbaycan yığmasının Olimpiadada ən azı ilk üçlüyə daxil olacağına əminliyini ifadə edib.

O qeyd edib ki, bütün təşkilati işlər yüksək səviyyədə təşkil edilib və bu prosesə respublikanın ən yaxşı mütəxəssisləri cəlb edilib.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 176 ölkə qeydiyyatdan keçib. Bakıda çempionluq uğrunda 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bakıdakı 42-ci Ümumdünya Şahmat Olimpiadası iştirakçı sayına görə rekord göstərici olacaq. Bundan başqa Azərbaycan üçün Olimpiadanın özü ən kütləvi idman yarışına çevriləcək.

Azərbaycan üç komanda ilə təmsil olunacaq.

“Baku Crystal Hall”da keçiriləcək Olimpiada 11 turdan ibarətdir. İlk tur sentyabrın 2-də keçiriləcək, Olimpiada sentyabrın 13-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti