...

Modern.az-ın 7 yaşı olur

Cəmiyyət Materials 1 Sentyabr 2016 10:30 (UTC +04:00)
"Modern.az" xəbər portalının yaranmasının 7 ili tamam olur.
Modern.az-ın 7 yaşı olur

Bakı. Trend:

Bu gün Azərbaycanın tanınmış "Modern.az" xəbər portalının yaranmasının 7 ili tamam olur.

"Modern.az" 2009-cu il sentyabrın 1-dən fəaliyyət göstərir. Portal Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

TREND İnformasiya Agentliyi çoxsaylı kollektivi adından həmkarlarının Azərbaycanın media məkanına qatılmalarının 7 illiyi münasibətilə təbrik edir, Modern.az-a media məkanında hər zaman obyektiv fəaliyyət, işğal altında olan torpaqlarımızın azad olması müjdəsini xalqımıza çatdırmaq kimi jurnalist xoşbəxtliyi, kollektivin hər bir üzvünə cansağlığı və uğurlar arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti