...

“Meqa Sığorta” 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi sığorta tərəfdaşıdır

Cəmiyyət Materials 1 Sentyabr 2016 15:19 (UTC +04:00)
“Meqa Sığorta” ASC 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi sığorta tərəfdaşıdır.
“Meqa Sığorta”  42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi sığorta tərəfdaşıdır

Bakı. Trend:

“Meqa Sığorta” ASC 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi sığorta tərəfdaşıdır.

ASC-dən Trend-ə verilən məlumata görə, Şahmat üzrə Ümumdünya Olimpiadası bu gün start götürəcək və bu mötəbər tədbirə ev sahibliyi etmək hüququnu paytaxtımız Bakı əldə etmişdir.

42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır.

“Meqa Sığorta” ASC bu beynəlxalq tədbirin sığorta tərəfdaşı seçilib. Daima təklif etdiyi xidmətlərin səviyyəsi və etibarlılığı ilə seçilən və müştəri məmnuniyyətinin artırılması istiqamətində çalışan “Meqa Sığorta” ASC yarışların keçiriləcəyi müddət ərzində bütün iştirakçıların sığortalanması məsuliyyətini öz üzərinə götürüb. Onu da qeyd etmək lazımdır ki, həmçinin 2015-ci ildə “Meqa Sığorta” ASC Şahmat üzrə Dünya Kubokunun rəsmi sığorta tərəfdaşı olub.

Qeyd edək ki, “Meqa Sığorta” ASC sığorta fəaliyyətinə 2010-cu ildən başlamışdır. İşə professional yanaşma, etibarlılıq, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi, təklif etdiyi sığorta məhsullarının çeşidi və yüksək səviyyəli sığorta xidmətləri ilə müştərilərin inam və rəğbətini qazanan şirkət qısa zamanda Azərbaycan sığorta bazarının liderlərindən birinə çevrilməyə nail olmuşdur. Hal-hazırda “Meqa Sığorta” ASC-də 100-dən çox əməkdaş çalışır. Şirkət həm fərdi, həm də korporativ müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində sığorta xidmətləri təklif edir.

Şirkət 2013-cü ildə ən dinamik inkişaf edən sığorta şirkəti kimi “UĞUR” mükafatına, 2015-ci ildə keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə “European Quality Award” mükafatına və “Consulting & Business” nəşriyyatı tərəfindən “İlin sığorta şirkəti” mükafatına layiq görülmüşdür. 2015-ci ildə həmçinin İsveçrənin SGS şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət idarəetmə sertifikatı ilə təltif edilmişdir. 2016-cı ilin iyun ayından “Meqa Sığorta” ASC Azərbaycandakı Amerika Ticarət Palatasının üzv olub.

Qazanılmış avropa mükafatı təkcə şirkətə verilən yüksək qiymətin deyil, bu həmçinin Azərbycanın biznes imicinin Avropada və bütün dünyada tanınması və möhkəmlənməsinin uğurudur. Təsadüfi deyil ki,Azrəbaycanda keçirilən Şahmat üzrə Olimpiada kimi mötəbər bir tədbirin iştirakçılarının sığortalanması məhz “Meqa Sığorta” ASC-yə həvalə edilib.

Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan “Meqa Sığorta” ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti