...

BDU “QS World University Rankings” siyahısında

Cəmiyyət Materials 6 Sentyabr 2016 16:23 (UTC +04:00)
Bakı Dövlət Universiteti dünya universtitetlərinin reytinqini müəyyənləşdirən təşkilatın siyahısında yer tutub.
BDU “QS World University Rankings” siyahısında

Bakı. Trend:

Bakı Dövlət Universiteti dünya universtitetlərinin reytinqini müəyyənləşdirən təşkilatın siyahısında yer tutub.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU “QS World University Rankings 2016/2017” reytinqində 701+ yerdə qərarlaşıb.

Universitet reytinqinin tərtib olunmasında bir neçə meyar – akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

Qeyd edək ki, ötən il Bakı Dövlət Universiteti İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin reytinqini müəyyənləşdirən “QS Quacquarelli Symonds LTD” şirkətinin siyahısında 88-ci, Beynəlxaq Round University Ranking (RUR) cədvəlində 750 universitet arasında yer tutmuşdu.

Bundan əlavə, BDU Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən tərtib edilən dünyanın ən yaxşı 2000 universitetinin siyahısında və MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti