...

Nəsimi və Həsən Məcidov küçələrinin bir hissəsi təmir edildi (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Sentyabr 2016 16:18 (UTC +04:00)
Yasamal rayonu Həsən Məcidov və Nizami rayonu Nəsimi küçələrinin bir hissəsi təmir edilib.
Nəsimi və Həsən Məcidov küçələrinin bir hissəsi təmir edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Yasamal rayonu Həsən Məcidov və Nizami rayonu Nəsimi küçələrinin bir hissəsi təmir edilib.

"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonu Nəsimi küçəsinin təqribən 600 metrlik hissəsi, Qara Qarayev prospekti ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyədək olan hissəsində təmir işləri aparılıb.

Təmir işləri çərçivəsində yolun 7850 m2 ərazisində köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına yeni səki daşı düzülüb. Bundan başqa zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib.

Anoloji işlər Yasamal rayonu Həsən Məcidov küçəsində də aparılıb. Sözügedən küçənin Həsənbəy Zərdabi və Zahid Xəlilov küçələri arasında yerləşən təqribən 200 metrlik hissəsi təmir olunub. Yeni asfalt-beton örtüyü döşənib.

Qeyd edək ki, Həsən Məcidov küçəsinin eni 25 metr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti