...

Rüfət Səfərovun həbsindən apelyasiya şikayəti verilib

Cəmiyyət Materials 16 Sentyabr 2016 13:47 (UTC +04:00)
Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.
Rüfət Səfərovun həbsindən apelyasiya şikayəti verilib

Bakı. Samir Əli - Trend:

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.

Bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, şikayətdə R.Səfərova bəraət istənilib.

Apelyasiya şikayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanmıışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o azadlığa buraxılmışdı.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti