...

Kazanda lV Rusiya-Azərbaycan Gənclər Forumu başlayır

Cəmiyyət Materials 22 Sentyabr 2016 12:39 (UTC +04:00)
Tatarıstanın Kazan şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək.
Kazanda lV Rusiya-Azərbaycan Gənclər Forumu başlayır

Bakı. Trend:

Tatarıstanın Kazan şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək.

Sentaybrın 22-də start verilən Foruma Azərbaycanın nümayəndə heyəti də qatılacaq.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-dək davam edəcək forumun məqsədi iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasından ibarətdir.

Forumda Azərbaycan və Rusiyanın gənclər sahəsinə cavabdeh dövlət orqanlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların iştirakı nəzərdə tutulub.

Qeyd etmək istərdik ki, bu ilki Forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Çeçenistanın Qrozniy şəhərində keçirilmiş “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Forumların davamıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti