...

Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini artırır

Cəmiyyət Materials 29 Sentyabr 2016 14:41 (UTC +04:00)
Sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,8 faiz olacaq.
Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini artırır

Bakı. Trend:

Azərbaycanda pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2017-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2117,7 milyon manat vəsait proqnozlaşdırılır.

Bu barədə Trend Maliyyə Nazirliyinin yaydığı Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına əsasən məlumat verir.

Sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,8 faiz olacaq.

2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1270,0 milyon manatı (əvvəlki illə müqayisədə 24,0 milyon manat və ya 1,9 faiz çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayırmaların (transfertin), 597,9 milyon manatı (əvvəlki illə müqayisədə 42,4 milyon manat və ya 7,6 faiz çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 242,2 milyon manatı (əvvəlki illə müqayisədə 17,8 milyon manat və ya 7,9 faiz çox) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınları və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin, o cümlədən məcburi köçkünlərin 850,0-dən artıq məskunlaşma obyektlərinin cari təmirinin, məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinin, su haqqının və kanalizasiya xidmətlərinin, mövsümdən asılı olaraq təbii qazın və istilik enerjisinin dəyərinin ödənilməsinin və onlara verilən müavinətlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti